"Çox evlilik təklifləri gəlib, amma..."

"Çox evlilik təklifləri gəlib, amma..."
09:37 4 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Gülüstan Əliyeva şəxsi həyatından danışdı
Gecce.az xəbər verir ki, hər zaman sənəti ilə ön planda olmağa üstünlük verən Əliyeva ilk dəfə ailə vəziyyətindən söhbət açıb. Gənc yaşda həyat yoldaşını itirən müğənni oğlunu tək başına böyüdüb. Bu gün nənə statusu qazanan Gülüstan Əliyeva yenidən ailə qurmaq barədə düşünmədiyini deyib.
 
"Bildiyiniz kimi həyat yoldaşım şəhid olub. O, dünyasını dəyişdikdən sonra, sanki, bütün çətinliklər üst-üstə gəldi. Qardaşım da vətən uğrunda şəhid oldu. Anamın, bacılarımın bütün öhdəliyin öz üzərimə götürmüşdüm. Şükürlər olsun ki, çətinliklər daha geridə qaldı. Bu gün həyatımda çox özəl anlar ola bilər. Oğlum ailə qurdu, qız nəvəm dünyaya gəldi. Amma mən heç birini mediada işıqlandırmağı düşünməmişəm".
 
Sənətçi şəxsi həyatı ilə bağlı ona ünvanlanan sualları geri çevirib. O deyir ki, 23 ildən sonra yenidən ailə qurmaq fikri yoxdur.
“Bu gün məndən çox soruşurlar ki, nə vaxta kimi tək olacaqsınız? Çox evlənmə təklifləri aldım. İstər qohumlardan olsun, istərsə də yadlardan...
 
Ailə həyatı tamam başqa bir şeydir. Mən dul qalanda cavan qız idim. Özümü məcbur etdim ki, bəlkə ailə qurum, tək övladımı ürəyimcə böyüdə biləcəyəmmi? Amma bacarmadım”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR