12 fəhlə torpağın altında qaldı

12 fəhlə torpağın altında qaldı
09:42 4 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

"12 mədən işçisinin cəsədi çıxarılıb, xilasetmə işləri davam edir"
Pakistanın şimal-qərbində mədən faciəsi baş verib.

Anspress-in məlumatına görə, Pakistanın şimal-qərbində yerləşən Momand bölgəsindəki mərmər mədənlərindən birində uçqun olub. Nəticədə, içəridə işləyən fəhlələrdən 12 nəfərin öldüyü bildirilir.

“Axşam saatlarında baş verən qəzada torpaq altında qalan 12 mədən işçisinin cəsədi çıxarılıb”, - deyə Momand yerli idarəsindən verilən açıqlamada deyilib.

Qeyd edək ki, ötən gün axşam saatlarında baş verən uçqunun altında daha 8 nəfərin qaldığı deyilir və onların xilasedilməsi, çıxarılması işləri davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317129.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR