İtən təyyarə ilə bağlı xəbər var

İtən təyyarə ilə bağlı xəbər var
09:47 4 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

"Air Asia" təyyarəsinin dörd böyük parçası tapılıb
Qəzaya uğramış "AirAsia" sərnişin təyyarəsinin axtarışları Yava dənizində, Borneo adası sahillərində hələ də davam edir.

Anspress-in məlumatına görə, təyyarənin qalıqları və qəza qurbanlarını axtaranlar təyyarə gövdəsinin dörd iri fraqmentini aşkar ediblər. Tapılan hissələrdən birinin uzunluğu 18 metrdir.

Bu arada təhqiqat aşkara çıxarıb ki, "A320-200" Surabayadan Sinqapura uçuş üçün verilmiş marşrut lisenziyasını pozub. Hazırda "AirAsia" şirkətinin bütün qalan reyslərində təcili yoxlamalar keçirilir.

Məlum olub ki, qəzadan az əvvəl təyyarənin komandiri 9753 metr hündürlükdə uçan təyyarəni 11 min 500 metrə qaldırmaq üçün dispetçerdən icazə istəyib, lakin ona 10 min 360 metr hündürlüyə qalxmaq icazəsi verilib. Bundan sonra təyyarənin qəfil dik qalxdığı qeydə alınıb. Ekspertlərin fikrincə, bununla pilotlar "A320" təyyarəsinin texniki imkanlarını aşıblar.

Rusiyadan olan dalğıcların da axtarışa qoşulmağına baxmayaraq, hava şəraiti axtarış işlərini çətinləşdirir, belə ki, görüntü 2 metri keçmir.

Qeyd edək ki, qəzadan salamat çıxanların olmadığı bildirilir. İndiyədək 30 cəsəd tapılıb, lakin qalan cəsədlərin təyyarə ilə birlikdə dənizin dibində olduğu güman edilir.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR