Daha bir “kabus gəmi”si xilas edildi

Daha bir “kabus gəmi”si xilas edildi
10:01 4 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Avropa göyərtəsi mühcairlərlə dolu “kabus gəmiləri”ni xilas etməyə davam edir.

ANS PRESS-in məlumatına görə, Aralıq dənizi sularında kapitanın mühacirləri ölümə tərk edərək aradan çıxması ilə əlaqədar bu cür gəmilər “kabus gəmiləri” adını alıblar. Ötən gün daha belə bir hadisə yaşanıb. İtaliyanın sahil mühafizə xidməti göyərtəsində 400-ə yaxın suriyalı qaçqın olan gəmini xilas edib. “İzadin” adlı yük gəmisi yedəyə qoşularaq Korilyano-Kalabro limanına gətirilib.

Məlumata görə, gəmi oktyabrın 1-ində Suriyanın Tartus limanından yola düşüb. Yunanıstanın Rodos adası sahillərindən keçdikdən sonra isə, gəminin kapitanı mühərriki söndürərək aradan çıxıb. Mühacirlər 3 gün dəniz sularında az-suz qalsalar da, səhhətlərində ciddi bir probem aşkarlanmayıb.

İtaliya uzun müddətdən bəri Afrikadan dəniz yolu ilə Avropaya axın edən mühacirlərin əsas hədəf ölkəsinə çevrilib. 2014-cü ildə, BMT-nin statistikasına görə, İtaliyaya 165 min insan mühacirə edib. 2013-cü ildə bu rəqəm 60 min təşkil edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317656

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR