İŞİD 162 əsiri azad etdi

İŞİD 162 əsiri azad etdi
10:26 4 Yanvar 2015
124 Dünya
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması İraqın şimalındakı Kərkük şəhərində 162 əsiri azad edib.

ANS PRESS-in məlumatına görə, azad edilən əsirlər İraqın əl-Şajara və Qərib kəndlərinin sakinləridirlər. Ümumilikdə 170 nəfər əsir götürülsə də, onlardan 162 nəfər azad edilib.

İŞİD-in əlində qalan əsirlərin taleyi haqqında isə heç bir məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl İraqda İŞİD-in 2 bayrağı yandırıldığına görə əl-Şajara və Qərib kəndlərində 170 nəfər əsir götürülmüşdü. İŞİD terrorçuları tutulan adamların bayrağın yandırılmasına aiddiyyatı olub-olmadığını araşdıracaqlarını bildirmişdilər. Bəzi şahidlərin sözlərinə görə, terrorçu qruplaşma Qərib kəndində bayrağı yandıran 15 nəfəri axtarırdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR