İlk qaradərili senator öldü

İlk qaradərili senator öldü
10:27 4 Yanvar 2015
131 Dünya
Ölkə mətbuatı
A- A+

Massaçusetsdən olan respublikaçı senatorun 95 yaşı var idi
ABŞ Senatına seçilən ilk qaradərili, Massaçusetsdən olan respublikaçı Edvard Bruk 95 yaşında vəfat edib.

Anspress-in məlumatına görə, xəbəri "Reuters" Respublika Partiyasına istinadən xəbər verib.

Senata seçilməzdən əvvəl, 1966-cı ildə Edvard Bruk Massaçutetsdə baş prokuror vəzifəsində işləyib. O dövrlərdə ölkə irqçilik qalmaqalına bürünmüşdü.

Bruk Vyetnamda ordunun yığılmasına qarşı olub, eləcə də Uotergeyt skandalından sonra ABŞ Prezidenti Riçard Niksonun istefasını tələb edən ilk respublikaçı senator olub.

Ölümün təfərrüatları barədə məlumat verilməyib.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317137.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR