Avropa göyərtəsi mühacairlərlə dolu “kabus gəmiləri”ni xilas etməyə davam edir
Məlumata görə, gəmi oktyabrın 1-ində Suriyanın Tartus limanından yola düşüb. Yunanıstanın Rodos adası sahillərindən keçdikdən sonra isə gəminin kapitanı mühərriki söndürərək aradan çıxıb. Mühacirlər 3 gün dəniz sularında ac-susuz qalsalar da, səhhətlərində ciddi bir probem aşkarlanmayıb.
İtaliya uzun müddətdən bəri Afrikadan dəniz yolu ilə Avropaya axın edən mühacirlərin əsas hədəf ölkəsinə çevrilib. 2014-cü ildə, BMT-nin statistikasına görə, İtaliyaya 165 min insan mühacirə edib. 2013-cü ildə bu rəqəm 60 min təşkil edib.
Milli.Az