İŞİD 162 əsiri azad etdi

İŞİD 162 əsiri azad etdi
11:42 4 Yanvar 2015
137 Dünya
Ölkə mətbuatı
A- A+

Kərkük sakinləri İŞİD-in bayrağını yandırandan sonra əsir düşmüşdülər
İŞİD terror qruplaşması İraqın şimalındakı Kərkük şəhərində 162 əsiri azad edib.

Anspress-in məlumatına görə, azad edilən əsirlər İraqın əl-Şajara və Qərib kəndlərinin sakinləridirlər. Ümumilikdə 170 nəfər əsir götürülsə də, onlardan 162 nəfər azad edilib.

İŞİD-in əlində qalan əsirlərin taleyi haqqında isə heç bir məlumat yoxdur.

Xatırladaq ki, bir neçə gün əvvəl İraqda İŞİD-in 2 bayrağı yandırıldığına görə əl-Şajara və Qərib kəndlərində 170 nəfər əsir götürülmüşdü. İŞİD terrorçuları tutulan adamların bayrağın yandırılmasına aidiyyəti olub-olmadığını araşdıracaqlarını bildirmişdilər. Bəzi şahidlərin sözlərinə görə, terrorçu qruplaşma Qərib kəndində bayrağı yandıran 15 nəfəri axtarırdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317144.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR