Bir nömrəli cani həbs edildi

Bir nömrəli cani həbs edildi
11:57 4 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

6-qat ömürlük həbs cəzası almış Xristodulos Ksiros yenidən tutuldu
Yunanıstanda 12 ay əvvəl həbsxanadan qaçmış “bir nömrəli” cinayətkar Xristodulos Ksiros yenidən həbs olunub.

Anspress-in məlumatına görə, qatı cinayətkar 1 il əvvəl Milad bayramı ilə əlaqədar müvəqqəti olaraq evinə buraxılmış, lakin cinayətkar qaydaları pozaraq həbsxanaya geri dönməmişdi. Xristodulos Ksiros ingilis və amerikalı kəşfiyyatçıları öldürməkdə təqsirli bilinir. Yunan məhkəməsi ona 6-qat ömürlük azadlıqdan məhrumetmə cəzası verib.

Ötən gün polis cinayətkarı Anavisos şəhərində yaxalayıb. Ksiros, eyni zamanda, radikal solçu qruplaşma “17 noyabr inqilabi təşkilatı”nın üzvüdür. Ksiros həbsdən qaçdıqdan sonra xüsusi videoismarışı ilə tərəfdarlarını təşkilatı yenidən canlandırmağa və yeni terror aktları törətməyə çağırmışdı.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR