Tanınmış müğənni deputat olmaq istəyir

Tanınmış müğənni deputat olmaq istəyir
12:19 4 Yanvar 2015
217 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyəli müğənni İbrahim Tatlısəs millət vəkili olmaq qərarına gəlib. Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı növbəti seçkilərdə Şanlıurfadan namizədliyini irəli sürəcəyini bildirib. 

Bu haqda İnstaqram səhifəsində yazan Tatlısəs bunu qızı Elif Ada üçün edəcəyini vurğulayıb:

"Bu dəfə heç kim məni vəkillik istəyimdən geri çevirə bilməyəcək. Çünki bunu qızım Elif Ada üçün edəcəm. Həmyerlilərimin yanımda olduğunu bilirəm. Amerikadan qayıdan kimi İnşallah işlərə başlayacam. Qərarımı sevənlərimlə bölüşmək istədim. Bu saatdan sonra xidmətdə sərhəd yoxdur. Hörmətlə, yeni vəkil namizədiniz, şanlıurfalı İbrahim Tatlısəs". 

Qeyd edək ki, İ.Tatlısəs 2011-ci ildə də deputatlığa namizəd olmuşdu. Məruz qaldığı silahlı hücumdan sonra ifaçı istəyindən imtina etmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR