Bakı şəhəri Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatda hadisə Şərifzadə küçəsi, Biznes Univermağının qarşısında baş verib. "Mercedes" markalı 90 BG 320 nömrəli avtomobil qarşıdan gələn "Subaru" markalı 10 NG 343 nömrəli avtomobillə toqquşub.
Qəza nəticəsində "Mercedes"də olan sərnişin yüngül xəsarətlər alıb.