"Bu Ermənistanın daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq"

"Bu Ermənistanın daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq"
13:04 4 Yanvar 2015
104 Ölkə
Ölkə mətbuatı
A- A+

Müdafiə Nazirliyi bəyanat yayıb

Yanvar ayının 3-də Ermənistan Silahlı Qüvvələrinin bölmələri iri çaplı silahlar, tank əlehinə qumbaraatanlar, 60 və 82 millimetrlik minaatanlardan istifadə etməklə Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrini intensiv atəşə tutublar. Lent.az-ın məlumatına görə bununla bağlı Müdafiə Nazirliyi bəyanat yayıb: "Birmənalı şəkildə bəyan edirik ki, kəndlərin və dinc əhalinin atəşə məruz qalması Azərbaycan tərəfini qəti surətdə bütün hərbi imkanlardan istifadə etməklə adekvat və sərt tədbirlər görməyə məcbur edir, bu Ermənistanın Silahlı Qüvvələrinin daha ağır və sarsıdıcı itkilər verməsinə səbəb olacaq, məsuliyyət isə tamamilə səbatsız erməni rəhbərliyinin üzərinə düşəcəkdir.
Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarımızın düşməndən azad olunmasına tam hazırdır və bu haqq savaşında qalib gələcəyimizə əminik".


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189347

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR