Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar

Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar
13:12 4 Yanvar 2015
118 Digər
Ölkə mətbuatı
A- A+

Ermənilər Ağdamın cəbhəyanı kəndlərinə 26 ədəd raket atıblar.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, Ermənistan Ordusunun hərbi birləşmələri Ağdamın işğal altında olan Baş Qərvənd kəndi və keçmiş Gülçülük sovxozu adlanan ərazilərdən rayonun Çıraqlı və Orta Qərvənd kəndlərini iriçaplı silahlardan, avtomatik qumbaraatanlardan və idarə olunmayan raketlərdən atəşə tutub.

Düşmən Çıraqlı kəndinə 11 ədəd, Orta Qərvənd kəndinə isə 15 ədəd raket qurğusu atıb. Yerli sakinlər arasında ölən və xəsarət alan olmasa da, evlərə ciddi zərər dəyib. Erməni hərbçilər Azərbaycan Ordusunun üzbəüz mövqelərini də intensiv atəşə tutub. Azərbaycan hərbiçiləri arasında itki və yaralanan yoxdur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR