20 yaşlı futbolçu öldürüldü

20 yaşlı futbolçu öldürüldü
13:21 4 Yanvar 2015
111 Dünya
Ölkə mətbuatı
A- A+

"Anji" futbol klubunun oyunçusu Dağıstanda öldürülüb.

ANS PRESS-in məlumatına görə, naməlum şəxslər şəxslər bazar günü gecə yarısı futbolçunun getdiyi avtomobili atəşə tutublar.

Hadisə şahidləri insidentin Novo Kuli kəndinin yaxınlığında baş verdiyini deyirlər. Cinayətin təfərrüatları dəqiqləşdirilir.

"Anji"nin mətbuat xidməti oyunçunun ölümünü ТАСС-a təsdiqləyib. Atəş nəticəsində "Anji - 2" komandasının əsas oyunçusu Həsən Maqomedov həyatını itirib.

Maxaçqala klubunun mətbuat xidmətinin verdiyi məlumata görə, 20 yaşlı futbolçu bu gün torpağa tapşırılacaq. Dəfn mərasimi nahardan sonra baş tutacaq. Mərasimin bütün xərclərini klub öz üzərinə götürüb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=317666

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR