Şirvanda naməlum kişi meyiti tapılıb

13:37 4 Yanvar 2015
88 Digər
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 13:24 ]

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində meyit tapılıb.

Şirvan şəhər Prokurorluğundan APA-nın Mil-Muğan bürosuna verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında şəhərin baş Şirvan kollektorunun sahilində qeydı alınıb. Orada tapılan 30-35 yaşlı, boyu 175 santimetr olan naməlum kişi meyiti Şirvan Pataloji Anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzində müayinə edilib. İlkin müayinənin nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Həmçinin meyit müayinə olunarkən bədənində kriminal aləmə məxsus ulduz tatuirovka döymələri aşkarlanıb.

Meyitin kimliyinin müəyyən olunması istiqamətində Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR