"AirAsia"da müəmma...

"AirAsia"da müəmma...
14:06 4 Yanvar 2015
107 Dünya
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl qəzaya uğramış İndoneziyaya məxsus "AirAsia" təyyarəsinin axtarış ərazisində şişirdilə bilən xilasedici bərə tapılıb.

ANS PRESS-in məlumatına görə, tapılan bərənin ölçüləri 6x3 metrdir və o, şişirdilməyib. Bu da bərənin istifadə edilmədiyinə işarə edir. Tapılan bərə İndoneziya müstəntiqlərinə təhvil verilib. Bundan başqa xilasdedicilər axtarış zamanı laynerin sərnişinlərinə aid olan bir neçə şəxsi əşya da tapıblar.

Qeyd edək ki, göyərtəsində 162 sərnişin olan Airbus A320-200 sərnişin təyyarəsi bazar günü şərqi Yavadakı Surabaya şəhərindən havaya qalxdıqdan az sonra radarlardan yoxa çıxıb. Təyyarənin pilotu ilə son rabitə, o hava şəraiti ilə əlaqədar kursu dəyişmək üçün icazə istədikdən az sonra olub. Dispetçerlər ona icazə verildikdən sonra cavab almadıqlarını bildiriblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR