XİN: "Gərginliyin artması və insan tələfatına görə Ermənistan məsuliyyət daşıyır"

XİN: "Gərginliyin artması və insan tələfatına görə Ermənistan məsuliyyət daşıyır"
14:12 4 Yanvar 2015
75 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az Ermənistan Xarici işlər nazirliyinin 3 yanvar 2015-ci il tarixli bəyanatına cavab olaraq, Azərbaycan Respublikası Xarici işlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin şərhini təqdim edir:

"Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilmiş və Azərbaycanın əraziləri işğal edilmişdir.
Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər.
Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir.
İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/317166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR