Azərbaycan XİN-dən ermənilərə CAVAB

Azərbaycan XİN-dən ermənilərə CAVAB
14:14 4 Yanvar 2015
101 Ölkə
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) ErmənistanXarici İşlər Nazirliyinin 3 yanvar tarixli bəyanatına cavab verib.

 

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin bununla bağlı APA-ya daxil olan şərhində bildirilib ki, Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilib və Azərbaycanın əraziləri işğal olunub:

 

 

“Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu

yalnız neqativ fəsadlara yol aça bilər. Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR