Ana, ata və iki körpə övladı ağır yaralandı - AZƏRBAYCANDA

Ana, ata və iki körpə övladı ağır yaralandı - AZƏRBAYCANDA
14:19 4 Yanvar 2015
110 Ölkə
Ölkə mətbuatı
A- A+

 Sabirabad rayonunda avtombil kanala düşüb.

 

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ)  APA-nın yerli bürosuna verilən məlumata görə,  hadisə bu gün səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə yolunun 26-cı kilometrliyində, Sabirabad rayonunun Xəlifəli kəndi ərazisində baş verib. Gədəbəy rayon sakini, 1981-ci il təvəllüdlü İsmayılov Vüsal Yaşar oğlu idarə etdiyi 99 DU 617 dövlət nömrə nişanlı avtomobillə böyük sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala yuvarlanıb. Avtombildə olan 4 sərnişin son anda xilas olunsalar da, onlar müxtəlif bədən xəsarətləri ilə Şirvan şəhər Xəstəxanasına yerləşdirlib. Xəsarət alanlar Saatlı rayonunun Qaralar kənd sakinləri - 1986-cı il təvəllüdlü Rüstəmova Saniyə İmanqulu qızı, onun həyat yoldaşı - 1985-ci il təvəllüdlü Rüstəmov Amid Ələsgər oğlu, onların övladları 6 yaşlı Səma və 10 yaşlı Səbuhidir.

 

Faktla bağlı BDYPİ-də araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR