İlin ilk iş gününün hava proqnozu

İlin ilk iş gününün hava proqnozu
14:48 4 Yanvar 2015
136 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 4 yanvar /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan ərazisində mülayim hava şəraiti Yeni ilin ilk iş günündə də davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, yanvarın 5-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gecə arabir güclənəcək. Gündüz isə cənub-qərb küləyi əsəcək, gücləcənək.

Havanın temperaturu gecə 1-4 , gündüz 7-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava yağmursuz olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq.

Aran rayonlaında havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2349691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR