Məşhur kinofestival başladı

Məşhur kinofestival başladı
14:54 4 Yanvar 2015
209 Şou
Ölkə mətbuatı
A- A+

Kaliforniyada 26-cı beynəlxalq "Palm Springs" kinofestivalına start verilib. 

Lent.az-ın axşam.az-a istinadən məlumatına görə, festivalın qala gecəsinə Hollivudun tanınmış simaları - Riz Uizerspun, Culiann Mur, Bred Pitt, Eddi Redmeyn, Berenis Marlo və başqaları da qatılıb. Onların bəzilərinə müküfatlar verilib.

Mərasimdə aktyor Devid Oyelou "İlin sıçrayışı", Eddi Redmeyn "İlin aktyoru", Culiann Mur "İlin aktrisası" nominasiyasına layiq görülüb. Riz Uizerspun isə "Chairman's Award" mükafatı alıb.

Qeyd edək ki, festival yanvarın 12-nə kimi davam edəcək. Bu müddət ərzində iştirakçılara 65 ölkənin filmləri nümayiş olunacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189355

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR