Məhəmməd Əlinin qızından açıqlama

Məhəmməd Əlinin qızından açıqlama
15:01 4 Yanvar 2015
210 Digər
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli gələn həftə xəstəxanadan buraxıla bilər.

ANS PRESS-in məlumatına görə, bu haqda onun qızı - peşəkar boksçu Leyla Əli bildirib.

"Mənə atamın vəziyyəti haqqında çox sual verirlər. Bircə onu deyə bilərəm ki, onun səhhəti yaxşılığa doğru gedir", - deyə o jurnalistlərə bildirib. O həmçinin qeyd edib ki, atası yüngül formada sətəlcəm (ağ ciyər iltihabı) keçirib.

Xatırladaq ki, Məhəmməd Əli dekabrın 20-də sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər də 72 yaşlı boksçunun həyatı üçün heç bir təhlükənin olmadığını və onu tezliklə evə buraxacaqlarını bildirmişdilər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=13&nid=317691

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR