Leyla Əli: "Atam yaxşılaşır"

Leyla Əli: "Atam yaxşılaşır"
15:17 4 Yanvar 2015
271 İdman
Ölkə mətbuatı
A- A+

Məhəmməd Əli gələn həftə xəstəxanadan evə buraxıla bilər
Dekabrın 21-də xəstəxanaya yerləşdirilən əfsanəvi boksçu Məhəmməd Əli gələn həftə xəstəxanadan buraxıla bilər.

Anspress-in məlumatına görə, bu haqda onun qızı - peşəkar boksçu Leyla Əli bildirib.

"Mənə atamın vəziyyəti haqqında çox sual verirlər. Bircə onu deyə bilərəm ki, onun səhhəti yaxşılığa doğru gedir", - deyə o jurnalistlərə bildirib. O, həmçinin qeyd edib ki, atası yüngül formada sətəlcəm (ağ ciyər iltihabı) keçirib.

Xatırladaq ki, Məhəmməd Əli dekabrın 20-də sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Həkimlər də 72 yaşlı boksçunun həyatı üçün heç bir təhlükənin olmadığını və onu tezliklə evə buraxacaqlarını bildirmişdilər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/317174.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR