Sseparatçı rejimin azərbaycanlı baş prokuroru hay-küylü qətli araşdırır

Sseparatçı rejimin azərbaycanlı baş prokuroru hay-küylü qətli araşdırır
15:22 4 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Qondarma Luqansk Xalq Respublikasında (LXR) “Betmen” ləqəbli batalyon komandirlərindən birinin Ukrayna xüsusi təyinatlılar tərəfindən məhv edilməsinin araşdırılması davam edir. Musavat.com-un Rusiya mənbəyinə istinadən verdiyi xəbərə görə, məsələnin maraqlı tərəfi budur ki, işi tanınmayam qurumun azərbaycanlı baş prokuroru Zaur İsmayılov şəxsən araşdırır.
 
Luqansk vilayətinin prokurorluq şöbəsinin rəisi vəzifəsini azərbaycanlı bir neçə il öncə tutub. Bildirilir ki, yeni kadra vilayətdə qeydə alınan ən hay-küylü cinayət işləri həvalə edilib. Separatçı hərəkat və döyüş əməliyyatları başlayandan sonra Zaur İsmayılov öz prokurorluq karyerasını davam etdirib, ancaq bu dəfə “LXR”-in“xalq prokuroru” kimi.
 
Tezliklə onun “baş prokuror” vəzifəsində təsdiqlənəcəyi gözlənilir.
 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317175.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR