Lotoreyadan 500 min uddu, amma...

Lotoreyadan 500 min uddu, amma...
15:52 4 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, bu maraqlı hadisə Bursa şəhərində baş verib.
 
Belə ki, Musa Akça adlı Bursa sakini Yeni il öncəsi lotoreya bilet alıb. Bileti internet üzərində yoxladığı zaman 500 min lirə pul qazandığını görüb və ailəsi ilə birgə sevinməyə başlayıb.
 
Amma sonradan vəziyyət dəyişib. Çünki həmin bileti 3 saat sonra bir daha yoxladıqda, 1 lirə belə qazanmadığını görən adam şoka düşüb.
 
Və vəkil tutaraq, lotoreya şirkətini məhkəməyə verib. Çünki kompüterdə bileti yoxladığı zaman 500 min lirə udduğu yazılan bildirişin fotosunu çəkib. Sonradan isə rəqəmlərin dəyişdiyini gördükdə şübhələnib.
 
M.Akça hadisə haqda bu sözləri deyib: "Mən biletin 500 min lirə qazandığını görəndə gözlərimə inanmadım. Bir neçə dəfə yoxladım. Dəyişən bir şey yox idi, mən 500 min lirənin sahibi idim. Kredit borclarımı ödəyəcəkdim, normal ev alacaqdım. Amma mənə qarşı saxtakarlıq edilib. Üç saat sonra rəqəmləri dəyişdilər. Buna görə də sona kimi haqqımı tələb edəcəyəm".
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR