Mafioz dəstənin daha bir cinayətinin üstü açıldı

Mafioz dəstənin daha bir cinayətinin üstü açıldı
16:31 4 Yanvar 2015
118 Dünya
Ölkə mətbuatı
A- A+

"Ezadeen" gəmisində 359 qanunsus miqrantı Aralıq dənizinin İtaliya sahillərinədək gətirmiş mafioz dəstə onlardan ümumilikdə 3 milyon dollar pul əldə edə bilib.

ANS PRESS-in məlumatına görə, Italiya polisi belə ehtimal edir. İtaliyanın Cosenza bölgəsinin polis rəisi Luici Licuorinin sözlərinə görə, hər miqrant gəmiyə buraxılmaq üçün 4 000 - 8 000 dollar arası pul ödəyibmiş.

Cümə günü Aralıq dənizinin İtaliyaya yaxın hissəsində "Ezadeen" gəmisi aşkar olunduqdan sonra "Corigliano Calabro" limnanına gətirilmişdi. Qaçqınların əksəriyyətinin suriyalı olduğu bildirilir.

Bu, son həftə ərzində suriyalı qaçqınların İtaliyaya qeyri-qanuni yolla yükdaşıyan gəmidə gətirilməsinə dair qeydə alınmış ikinci bənzər hadisədir.

Xəbərlərə görə, hər iki gəmi dənizə Türkiyədən çıxıbmış. Polis rəsmilərinə görə, yeni marşrut həmin bizneslə məşğul olan dəstələrin taktikasının dəyişdiyindən xəbər verir. Buna qədər suriyalı qaçqınları daşıyan gəmilər dənizə Liviya sahilindən yola çıxırdılar.

Polisin məlumatına görə, qaçaqmalçılar maska taxıb və qaçqınları gəmidə qıfıllayaraq İtaliya sahilinə çatmamış xilasedici qayıqlarda gəmini tərk ediblər.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317682

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR