Diktatorun bacısı ərə getdi

Diktatorun bacısı ərə getdi
16:34 4 Yanvar 2015
103 Dünya
Ölkə mətbuatı
A- A+

 

Şimali Koreya lideri Kim Yonq-un-un bacısı Kim Yo Yonq ərə gedib. Lent.az-ın "habertürk"ə istinadən məmatına görə, 28 yaşlı qız Fəhlə paetiyasının liderlərindən birinin oğlu ilə ailə qurub.  

Cənubi Koreyada fəaliyyət göstərən "Yonhap" xəbər agentliyinin yaydığı məlumatda iddia edilir ki, Şimali Koreya diktatorunun bacısı şənliklərdən birində həyat yoldaşı ilə birlikdə iştarak edib. Cənubi Koreya mətbuatı şimal qonşuluğunda yer alan ölkənin hakim partiyasında yüksək vəzifə tutan Coe Ryonq Haenin oğlu Coe Sonqu ölkənin "ən cəsur adamı" elan edib.

Qeyd edək ki, Şimali Koreyanın rəsmi xəbər agentliyinin yaydığı fotoda ölkə başçısının bacısının barmağındakı nişan üzüyü diqqətdən yayınmayıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189360

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR