Lənkəranda ər arvadının boğazını kəsib

16:37 4 Yanvar 2015
92 Digər
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 16:31 ]

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəranda kişi həyat yoldaşını bıçaqlayıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə yanvarın 4-də saat 15.00 radələrində rayonun Liman şəhərində qeydə alınıb.

 

Liman şəhər sakini, 1960-cı il təvəllüdlü Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1965-ci il təvəllüdlü Zəminə Əliş qızı Həbibovanın boğaz, qarın və sağ bilək nahiyəsinə bıçaqla zərbələr vurub.

 

Qadın ağır vəziyyətdə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Hazırda həkimlər qadını xilas etmək üçün lazımi tədbirlər görürlər.

 

Hadisəni törətmiş F. Həbibov könüllü polisə təslim olub.

 

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda  araşdırmalara başlanıb.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367964

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR