Kriminal aləmə məxsus meyit tapıldı

Kriminal aləmə məxsus meyit tapıldı
16:41 4 Yanvar 2015
102 Digər
Ölkə mətbuatı
A- A+

Şirvan şəhərində gənc kişi meyiti tapılıb.

Şirvan şəhər Prokurorluğundan APA-ya verilən xəbərə görə, hadisə bu gün səhər saatlarında şəhərin baş Şirvan kollektorunun sahilində qeydı alınıb. Orada tapılan 30-35 yaşlı, boyu 175 santimetr olan naməlum kişi meyiti Şirvan Pataloji Anatomiya və məhkəmə tibbi ekspertiza mərkəzində müayinə edilib. İlkin müayinənin nəticələrinə görə, meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

Həmçinin meyit müayinə olunarkən bədənində kriminal aləmə məxsus ulduz tatuirovka döymələri aşkarlanıb.

Meyitin kimliyinin müəyyən olunması istiqamətində Şirvan şəhər Prokurorluğunda araşdırma aparılır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR