İyrənc olay: həbsxanada körpə qızı zorlayıblar

İyrənc olay: həbsxanada körpə qızı zorlayıblar
16:59 4 Yanvar 2015
236 Dünya
Ölkə mətbuatı
A- A+

Filipində həbsxanada 8 yaşlı qızın zorlanması xəbəri ölkəni şoka salıb. Lent.az-ın "habertürk"ə istinadən məlumatına görə, hadisə dekabrın 31-də ölkənin ən təhlükəli cinayətkarlarının saxlandığı "Bilibid" həbsxanasında baş verib. Paytaxt Manila yaxınlığında yerləşən həbsxanada saxlanılan atasının görüşünə gələn 8 yaşlı qız tualetdə yarıçılpaq, boğazına ip keçirilmiş halda aşkarlanıb. İlkin müayinə nəticəsində cinsi zorakılıq izləri aşkarlanmasa da, ölkənin ədliyyə naziri Leile de Lima bir məhbusun daha sonra törətdiyi əməli etiraf etdiyini və azyaşlını zorladığını bildirib.

 

Qeyd edək ki, 3 həftə əvvəl polis bu həbsxanaya basqın edib. Səbəb isə mafia liderlərinin də saxlandığı cəzaçəkmə müəssisəsində nizam-intizam yaratmaq olub. Basqın zamanı həbsxanadakı mafia liderlərinin özləri üçün amerikan barı, cakuzili hamam, hətta striptis klub təşkil etdikləri üzə çıxıb. Məlum olub ki, tez-tez bura xeyli narkotik vasitə və silah-sursat ötürülür.

 

Bu faktların üzə çıxmasından və azyaşlı qızın zorlanmasından sonra həmin həbsxananın uzaqda yerləşən adalardan birinə köçürülməsi məsələsi gündəmə gəlib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR