Mafioz dəstənin daha bir cinayətinin üstü açıldı

Mafioz dəstənin daha bir cinayətinin üstü açıldı
17:12 4 Yanvar 2015
93 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyalı qaçqınları qeyri-qanuni yolla yükdaşıyan gəmidə gətirdilər
"Ezadeen" gəmisində 359 qanunsuz miqrantı Aralıq dənizinin İtaliya sahillərinədək gətirmiş mafioz dəstə onlardan ümumilikdə 3 milyon dollar pul əldə edə bilib.

Anspress-in məlumatına görə, İtaliya polisi belə ehtimal edir. İtaliyanın Cosenza bölgəsinin polis rəisi Luici Licuorinin sözlərinə görə, hər miqrant gəmiyə buraxılmaq üçün 4 000 - 8 000 dollar arası pul ödəyibmiş.

Cümə günü Aralıq dənizinin İtaliyaya yaxın hissəsində "Ezadeen" gəmisi aşkar olunduqdan sonra "Corigliano Calabro" limanına gətirilmişdi. Qaçqınların əksəriyyətinin suriyalı olduğu bildirilir.

Bu, son həftə ərzində suriyalı qaçqınların İtaliyaya qeyri-qanuni yolla yükdaşıyan gəmidə gətirilməsinə dair qeydə alınmış ikinci bənzər hadisədir.

Xəbərlərə görə, hər iki gəmi dənizə Türkiyədən çıxıbmış. Polis rəsmilərinə görə, yeni marşrut həmin bizneslə məşğul olan dəstələrin taktikasının dəyişdiyindən xəbər verir. Buna qədər suriyalı qaçqınları daşıyan gəmilər dənizə Liviya sahilindən yola çıxırdılar.

Polisin məlumatına görə, qaçaqmalçılar maska taxıb və qaçqınları gəmidə qıfıllayaraq İtaliya sahilinə çatmamış xilasedici qayıqlarda gəmini tərk ediblər.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR