Azərbaycanda ər arvadın boğazını kəsdi

Azərbaycanda ər arvadın boğazını kəsdi
17:16 4 Yanvar 2015
166 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəranda ər həyat yoldaşının boğazını kəsib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Liman şəhərində baş verib.

Belə ki, 54 yaşlı Fərhad Zaman oğlu Həbibov ailə münaqişəsi zəminində həyat yoldaşı, 49 yaşlı Zəminə Əliş qızı Həbibovaya bir neçə bıçaq zərbəsi endirib. Boğaz, qarın və sağ bilək nahiyəsindən yaralanan qadın Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Zəminə Həbibovanın həyatını xilas etmək üçün tədbirlər görülür. Fərhad Həbibov özü polisə təslim olub.

Hadisə ilə bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=317698

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR