Toreador döyüşlərinə qarşı unikal etiraz

Toreador döyüşlərinə qarşı unikal etiraz
17:31 4 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

Kolumbiyanın Kartaxena şəhərində bir qadın toreador döyüşlərinə qarşı qeyri-adi şəkildə etiraz aksiyası keçirib. Paçon adlı heyvan haqları müdafiəçisi kürəyinə 2 mindən çox iynə sancdırmaqla öküzlərə edilən işgəncəyə diqqət çəkməyə çalışıb.

Paçon bildirib ki, toreadorların öküzlərə banderilya (nizə) batırmaları işgəncənin bir növüdür və bunun qarşısını almaq lazımdır: “İnsanlar, adicə, həkimə gedən zaman bəzən həkim qan təhlili tələb edir. Elə həmin dəqiqədən xəstə əsəb gərginliyi keçirməyə başlayır. Bəs niyə insan öküzlərin qanını axıdan zaman narahat olmur”.

Kolumbiyada bu həftəsonu toreador döyüşlərinin yeni mövsümi başlayacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317657

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR