Toreador döyüşlərinə qarşı qeyri-adi etiraz

Toreador döyüşlərinə qarşı qeyri-adi etiraz
18:12 4 Yanvar 2015
254 Maraqlı
Ölkə mətbuatı
A- A+

"Bəs niyə insan öküzlərin qanını axıdan zaman narahat olmur"
Kolumbiyanın Kartaxena şəhərində bir qadın toreador döyüşlərinə qarşı qeyri-adi şəkildə etiraz aksiyası keçirib. Paçon adlı heyvan haqları müdafiəçisi kürəyinə 2 mindən çox iynə sancdırmaqla öküzlərə edilən işgəncəyə diqqət çəkməyə çalışıb.

Paçon bildirib ki, toreadorların öküzlərə banderilya (nizə) batırmaları işgəncənin bir növüdür və bunun qarşısını almaq lazımdır: “İnsanlar adicə həkimə gedən zaman bəzən həkim qan təhlili tələb edir. Elə həmin dəqiqədən xəstə əsəb gərginliyi keçirməyə başlayır. Bəs niyə insan öküzlərin qanını axıdan zaman narahat olmur”.

Kolumbiyada bu həftəsonu toreador döyüşlərinin yeni mövsümü başlayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR