Ruhani inhisar müraciəti etdi

Ruhani inhisar müraciəti etdi
18:21 4 Yanvar 2015
106 Dünya
Ölkə mətbuatı
A- A+

İran prezidenti Həsən Ruhani iqtisadçılara müraciət edib.

ANS PRESS-in məlumatına görə, müraciətdə Ruhani ölkə istisadiyyatında dövlət payının çox olmasının yaratdığı mənfi fəsadlara toxunaraq bildirib ki, İranın güclü inkişafı üçün bu əsas əngəldir:

“İran iqtisadiyyatında dövlət inhisarı yüksək olduqca o, inkişaf etməyəcək. İqtisadiyyatda inhisar olmamalıdır. Rəqabət olmalıdır. Yalnız bu halda inkişaf ola bilər. İqtisadiyyat daxildəki mənbələrin spekulyasiyalarından azad edilməlidir və şəffaf olmalıdır. Əgər biz şəffalığı gətirə bilsək, onda korrupsiya ilə də mübarizə apara bilərik”.

Daha sonra İran prezidenti Qərb ölkələrinin qoyduğu sanksiyalara toxunub: "İran təcriddə qaldıqca, iqtisadi artıma nail olmaq mümkün deyil".

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=317699

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR