İŞİD Kobanini məhv edir (VİDEO)

İŞİD Kobanini məhv edir (VİDEO)
19:11 4 Yanvar 2015
105 Dünya
Ölkə mətbuatı
A- A+

Suriyanın Kobani şəhərində partlayış və atışma səsləri gəlməkdə davam edir. Türkiyənin Mürşidpınar sərhəd-keçid məntəqəsindən şəhərdə baş verən zorakılıq halları videolentə alınıb. “İŞİD” silahlıları bir neçə yerdə partlayışlar törədiblər. Hücumlar nəticəsində qeydə alınan insan itkisinin dəqiq sayı isə məlum deyil.

ANS TV-nin məlumatına görə, Türkiyənin Mürşidpınar sərhəd-keçid məntəqəsində quraşdırılan müşahidə kameraları Kobanidə baş verənləri qeydə alıb. “İŞİD” silahlıları bir neçə yerdə partlayışlar törədiblər. Hücumlar nəticəsində neçə nəfərin həlak olması barədə məlumat yoxdur. Lakin, insan itikisinin çox olacağı ehtimalı var.

Bir qədər əvvəl isə insan haqlarının müdafiəçiləri “İŞİD”lə Peşmərgə arasında gedən döyüşlər zamanı Səudiyyə Ərəbistanından olan din xadiminin də öldürüldüyünü bildirmişdilər.

Kobanidə yerli kürd qüvvələrilə “İŞİD” arasında müharibə artıq bir neçə aydır gedir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=317716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR