Millimiz növbəti mərhələdə!

Millimiz növbəti mərhələdə!
19:19 4 Yanvar 2015
196 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində növbəti oyunlar keçirilir. Apasport.az saytının məlumatına görə, 1997-1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmaların yarışında millimiz ikinci görüşünə çıxıb.

 

Nikolay Adamın yetirmələri bu dəfə Rusiya-2 komandası ilə qarşılaşıb. İlk görüşdə Yaponiyanı 1:0 hesabı ilə məğlub edən futbolçularımız növbəti 3 xalını qazanıb. Komandamız rəqibinə böyükhesabla qalib gələrək, xalını 6-ya çıxarıb və qrup lideri kimi adını növbəti mərhələyə yazdırıb.

 

Hesabda geri düşən millimiz daha sonra Rusiya-2-ni 4 dəfə mərkəzdən başlamağa məcbur edib. Oyunun sonlarında isə meydan sahibləri hesab arasındakı fərqi azaldıb – 4:2.

 

Qeyd edək ki, ötən gün Asiya təmsilçisi ilə matçda millimizin yeganə qoluna 8-ci dəqiqədə Elnur Cəfərov imza atıb.

 

F qrupu

II tur

04 yanvar

AZƏRBAYCAN - Rusiya-2 - 4:2

Qollar: İlkin Sadıqov, 36; 59, Elnur Cəfərov, 50, Mahir Mədətov, 75 - Artyom Qaladjan 10


 

1.

Azərbaycan

 

2

2

0

0

5:2

6

2.

Yaponiya

 

1

0

0

1

0:1

0

3.

Rusiya

 

1

0

0

1

2:4

0

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR