Gəmidə pullu miqrantlar aparılıb

Gəmidə pullu miqrantlar aparılıb
19:37 4 Yanvar 2015
122 Dünya
Ölkə mətbuatı
A- A+

Italiya polisinin ehtimalına görə, "Ezadeen" gəmisində 359 qanunsus miqrantı Aralıq dənizinin İtaliya sahillərinədək gətirmiş mafioz dəstə onlardan ümumilikdə 3 milyon dollar pul əldə edə bilib.

Milli.Az BBC-yə istinadən bildirir ki, Aralıq dənizinin İtaliyaya yaxın hissəsində "Ezadeen" gəmisi aşkar olunduqdan sonra yedəkdə Corigliano Calabro limnanına gətirilmişdi.
Qaçqınların əksəriyyətinin suriyalı olduğu bildirilir.

Bu, son həftə ərzində suriyalı qaçqınların İtaliyaya qeyri-qanuni yolla yükdaşıyan gəmidə gətirilməsinə dair qeydə alınmış ikinci bənzər hadisədir.
Xəbərlərə görə, hər iki gəmi dənizə Türkiyədən çıxıbmış.
Polis rəsmilərinə görə, yeni marşrut həmin bizneslə məşğul olan dəstələrin taktikasının dəyişdiyindən xəbər verir.

Buna qədər suriyalı qaçqınları daşıyan gəmilər dənizə Liviya sahilindən yola çıxırdılar.
İtaliyanın Cosenza bölgəsinin polis rəisi Luigi Liguori-nin sözlərinə görə, hər miqrant gəmiyə buraxılmaq üçün $4,000-$8,000 arası pul ödəyibmiş.
Polisin məlumatına görə, qaçaqmalçılar maska taxıb və qaçqınları gəmidə qıfıllayaraq İtaliya sahilinə çatmamış xilasedici qayıqlarda gəmini tərk ediblər.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317045.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR