Dodo yenidən "Panatinaikos"a qarşı

Dodo yenidən "Panatinaikos"a qarşı
21:07 12 Avqust 2016
62 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ”dən ayrılan Dodonun "Joinville" klubu ilə müqavilə imzaladığını xəbər vermişdik. Fanat.Az xəbər verir ki, "sambaçı"nın Braziliya klubundakı çıxış uzunömürlü olmayıb.


Belə ki, cəmi 3 matçda sözügedən kluba kömək edən braziliyalı karyerasını başqa komandada davam etdirmək qərarına gəlib. O, Yunanıstan Super Liqasına yeni vəsiqə qazanan AEL ilə sözləşmə imzalayıb.


Razılaşmaya əsasən o, mövsümün sonuna kimi Larissa təmsilçisinin şərəfini qoruyacaq. Deməli, "Qəbələ"nin heyətində Avropa Liqasının "pley-off"unda "Panatinaikos"a qarşı oynayan və "qırmızı-qaralar"ın qrup mərhələsinə düşməsi üçün vacib iki qola imza atan Dodo, yenidən Afina təmsilçisinə qarşı çıxış etmək şansı qazanacaq.


Fanat.Az 


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-dodo-yenidn-quotpanatinaikosquota-qar-t51812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR