Təqaüdçülər üçün ən yaxşı ölkə

Təqaüdçülər üçün ən yaxşı ölkə
20:05 4 Yanvar 2015
125 Dünya
Ölkə mətbuatı
A- A+

Ekvador yaşlı insanlar üçün ən yaxşı şəraiti olan ölkə hesab edilib. Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, ölkələrin müvafiq reytinqini ABŞ-ın “İnternational Living” nəşri tərtib edib.
 
Reytinq iqlim, səhiyyənin səviyyəsi və həyatın dəyəri kimi göstəricilər əsasında müəyyənləşib. “Bu ölkədə 1 dollara ABŞ və Kanada ilə müqayisədə xeyli çox şey ala bilərsiniz. Cəmi 10 dollara yaxşı həkimə düşə, restoranda isə cəmi 2,5 dollara nahar edə bilərsiniz” – öz seçimini əsaslandıran nəşr yazır.
 
Ekspertlərə görə, Ekvadorda daşınmaz əmlakın qiyməti də yüksək deyil. Yaşı 65-dən yuxarı insanlar isə böyük güzəştlərə malikdir: məsələn, kinoteatrlara, idman tədbirlərinə bilet, ictimai nəqliyyatda gedişhaqqı onlar üçün 50% ucuzdur. Aviabiletləri də pensionerlər ucuz alırlar.
 
Reytinq cədvəlində ikinci yerdə Meksika, üçüncü yerdə isə Panamadır. İlk onluğa, həmçinin Malayziya, Kosta-Rika, Malta, İspaniya, Portuqaliya, Kolumbiya və Tailand daxildir.
 
Qeyd edək ki, Ekvadorun iqtisadiyyatı artıq 15 ildir ki, ildə 5%-lə artır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/317173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR