Millimiz Rusiyanı məğlub etdi

Millimiz Rusiyanı məğlub etdi
20:16 4 Yanvar 2015
221 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnir davam edir.

ANS PRESS-in məlumatına görə, 1997-1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmaların yarışında millimiz bu gün ikinci görüşünə çıxıb.

Nikolay Adamın yetirmələri bu dəfə Rusiya-2 komandası ilə qarşılaşıb. Oyun komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə Yaponiya 1:0 hesabı ilə yenən millimiz növbəti mərhələyə çıxıb.

Sankt-Peterburq
Valentin Qranatkin turniri
F qrupu, II tur

4 yanvar
16.30 Azərbaycan - Rusiya (II) 4:2
Qollar: İlkin Sadıqov, 36; 59. Elnur Cəfərov, 50. Mahir Mədətov, 75 - Artyom Qaladjan, 14.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317704

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR