12 sərmayədar intihar etmək istədi

12 sərmayədar intihar etmək istədi
20:57 4 Yanvar 2015
115 Dünya
Ölkə mətbuatı
A- A+

Çində 12 nəfərin kollektiv intiharının qarşısını polis alıb. Vençur fondunun aldatdığı bu sərmayədarlar ümidlərini itirdiklərindən həyatları ilə vidalaşmaq qərarına gəlmişdilər.
 
Milli.Az Xinhua-ya istinadən bildirir ki, Çinin şimalındakı Şoçjou şəhərindəki 6 mərtəbəli inzibati binalardan birinin damına çıxan bu insanlar atılmaq istəyiblər. Onlar "Shanxi Heli" vençur firmasının aradan çıxan rəhbərinin apardığı pullarla bağlı situasiyaya hökumətin müdaxiləsini tələb ediblər.
 
Hadisə yerinə yollanmış polislər və yanğınsöndürmə-xilasetmə xidmətinin əməkdaşları damdakı şəxsləri fikirlərindən döndərə biliblər.
"Shanxi Heli"nin 3 əməkdaşı həbs olunub. Şirkətin rəhbəri hələ də tapılmayıb.
 
Vençur fondları çox yüksək gəlir əldə etmək üçün yüksək riskli müəssisələrə və ya layişələrin qiymətli kağızlarına sərmayə yatırırlar.
 
Milli.Az
 
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR