Rusiya böhranı Azərbaycana çatdı (VİDEO)

Rusiya böhranı Azərbaycana çatdı (VİDEO)
21:01 4 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

Rublun dəyərinin sürətlə aşağı düşməsi qarşısında Rusiya çıxılmaz vəziyyətə düşüb. Bu isə təkcə Rusiya vətəndaşlarının deyil, həm də bu ölkədə yaşayan və işləyən azərbaycanlıların büdcəsinə təsir göstərir.

ANS TV-nin məlumatına görə, qazanc arxasınca təxminən əhalisinin 40 faizdən çoxu Rusiyaya gedən Zaqatala sakinləri bu ölkədə Rus rublunun dəyərdən düşməsinin daha çox ağrısını yaşayır.

Sakinlər bildirir ki, Rusiyada rublun dəyərsizləşməsi bu ölkədən ailələlərə göndərilən pul həddən artıq azaldıb. Bu da dolanışığı həmin ölkənin vəsaiti formalaşan ailələr üçün gərgin vəziyyət yaradıb.

“Mənim qızım da ordadır, qardaşım da. Onların da göndərdiyi pulun dəyəri yoxdur. Hələ söhbət var ki, rubl yenə düşəcək. Bunun axırı necə olacaq bilmirik”, – deyə rayon sakini Abdulla Əliyev bildirib.

Rayon sakini İbrahim Uknayevin sözlərinə görə, 6 nəfər ailə üzvü var: "Rusiya ilə dolanırdım. Mən də oğlum da orda işləyirdik. Artıq ora ilə ailə dolandırmaq mümkün deyil. İndi də pulu çox aşağı dəyişdim. Ona görə də gəldik. Bu pula nə ala bilərəm ki?!”.

Rayon sakini Ramazan Uşnayev normal bazarlıq edə bilmədiyindən şikayətlənir: "Gəlmişdim bu gün pul dəyişməyə -12.50-yə düşübdür. İndi mən bu pulla nə edə bilərəm. Bazarlıq eləmək olmur. Maxaçqalada işləyirəm, mən bu pulnan nə edə bilərəm. Rusiya olmasa biz necə yaşaya bilərik?!”.

Rusiyada yaşayan həmvətənlərimiz tərəfindən göndərilən gəlir hesabına yaşayan ailələlərin maddi durumunun aşağı olmasının bazara daha çox təsir etdiyinin şahidi olduq. Bazarda qiymətlər bir o qədər yüksək olmasa da, satıcı və alıcılar bayram alış-verişindən razı deyil.

Satıcı Ramin Hacıyev qeyd edib ki, indi alıcılıq qabiliyyəti aşağıdır, Rus pulunun düşməsilə əlaqədar, 5-6 manata gedən malları 3-4 manata satırlar.

Amma bununla belə əhali hələki rayona qayıtmağı yox, Rusiyada qalaraq vəziyyətin düzələcəyini gözləməyi düşünür.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=317717

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR