Dərinizi gözəlləşdirən qidalar - SİYAHI

Dərinizi gözəlləşdirən qidalar - SİYAHI
21:05 4 Yanvar 2015
494 Maraqlı
Ölkə mətbuatı
A- A+

Dərimizin gözəl və təravətli görünməsi üçün bahalı maskalar, kremlər alırıq. Amma bir çox qidalar var ki, onları yemək dəridəki bütün problemi aradan qaldıracaq, qırışların qarşısını alacaq.
 
Milli.Az axşam.az-a istinadən həmin qidaların siyahısını təqdim edir:
 
Şokolad
 
Tərkibindəki antioksidantlar dərini qidalandırıb, günəşin zərərli şüalarından qoruyur. Tərkibindəki kakao damarları genişləndirir, üzdə qan dövranının yaxşı getməsinə şərait yaradır.
 
Somon balığı
 
Stress, depressiya ilə mübarizə aparmaqda ən yaxşı vasitədir. Tərkibindəki D vitamini beyin, ürək və sümük sağlamlığı üçün önəmlidir. İnsanları ilik xərçəngindən qoruyur. Dərini daxildən təmizləyən, nəmləndirən, elastikliyini artıran bir qidadır. Bununla yanaşı somon saç dərisini nəmləndirir, tüklərin qırılmasının qarşısını alır.
 
Hind qozu
 
Tərkibindəki yağlar antibakterial xarakter daşıyır. Bədənin infeksiyalarla mübarizə gücünü artırır. Orqanizmdəki virusları təmizləyir. Tərkibindəki E vitamini dərini nəmləndirir, qırışların qarşısını alır. Çiy hind qozunu dəriyə sürtmək xeyirlidir.
 
Yaşıl çay
 
Tərkibindəki antioksidant xərçəng xəstəliyi riskini azaldır. Təzyiqsalıcı özəlliyi var. Stresin qarşısını alır.
 
Kök
 
Təkcə gözlərə yox, dəriniz üçün də xeyirlidir. Tərkibindəki A vitamini dərinizdəki hüceyrələri normaya salır. Dəridəki ölü hüceyrələri, qara nöqtələri təmizləyir.
 
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR