“Azərbaycan millisinə məğlubiyyət yaşla bağlı deyil”

“Azərbaycan millisinə məğlubiyyət yaşla bağlı deyil”
21:22 4 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+

“Turnirə hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Amma bunu bəhanə gətirə bilmərik. Meydana çıxmışıqsa, uduzmamalıyıq”.
 
Milli.Az futbolxeber.az-a istinadən bildirir ki, bu sözləri Valentin Qranatkinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə U-19 millimizlə oyundan sonra Rusiya-2 komandasının baş məşqçisi Mixail Qalaktionov deyib.
 
Rus məşqçi Azərbaycan yığmasının layiqli qələbə qazandığını bildirib: “Komandamın istəyindən, mübarizə əzmindən razıyam. Rəqibi də unutmaq olmaz. Azərbaycan millisi topu özündə çox yaxşı saxlayır. Fiziki cəhətdən də güclüdürlər. Rəqib bizdən 1 yaş böyük olsa da, bu, məğlubiyyət üçün səbəb deyil. Öz meydanımızda oynayırdıq. Ona görə də qələbə qazanmaq istəyirdik".
 
Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/53691.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR