Şamaxıda dəhşətli qəza baş verib, 6 nəfər ölüb - FOTO

Şamaxıda dəhşətli qəza baş verib, 6 nəfər ölüb - FOTO
22:05 4 Yanvar 2015
123 Digər
Ölkə mətbuatı
A- A+

Şamaxıda dəhşətli yol-qəza hadisəsi baş verib, 6 nəfər ölüb.
 
Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində “HOVA” markalı yük avtomobilinin 1990-cı il təvəllüdlü Əliyev Elmil Elşən oğluna məxsus “MERCEDES” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində yol-qəza hadisəsi baş verib. Nəticədə hər iki avtomobilin sürücüləri və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.
 
Yanğınsöndürən-xilasedicilər cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/53172.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR