Şamaxıda baş vermiş yol qəzasında 6 nəfər ölüb

Şamaxıda baş vermiş yol qəzasında 6 nəfər ölüb
22:32 4 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

[ 04 Yanvar 2015 22:24 ]

Hadisə yük avtomobilinin minik maşınının üstünə aşması nəticəsində baş verib

Bakı-APA. Azərbaycanın Şamaxı rayonunda 6 nəfərin ölümü ilə nəticələnmiş yol qəzası baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Şamaxı yolunun 105-ci kilomertliyində, Şamaxı rayonunun ərazisində olub.

 

“HOVA” markalı yük avtomobilinin 1990-cı il təvəllüdlü Elmil Elşən oğlu Əliyevə məxsus “Mercedes” markalı minik avtomobilinin üzərinə aşması nəticəsində hər iki maşının sürücüsü və və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər.

 

Hadisə yerinə FHN-nin yanğınsöndürən-xilasediciləri cəlb olunub. Onlar cəsədləri deformasiyaya uğramış avtomobillərdən çıxarıblar.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR