Məryəm Üzərli aradığı kişidən danışdı

Məryəm Üzərli aradığı kişidən danışdı
22:52 4 Yanvar 2015
138 Digər
Ölkə mətbuatı
A- A+

Aktrisa Məryəm Üzərli Zeynəb Özəkin Birləşmiş Ərəb Əmirliklərində yayımlanan MBC4 kanalı üçün hazırladığı "Türkü Ekstra" verilişinin qonağı olub.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı Liana Dahdouhun suallarını cavablandıran "Möhtəşəm yüz il"in Hürrəm Sultanı alman anasının və türk atasının hansı xasiyyətlərini götürdüyündən danışıb:
 
"Almanlardan dəqiq olmağı götürmüşəm. Əgər biri mənə 07:30-da görüşəcəyimizi deyirsə, mən 1 dəqiqə əvvəlcədən hazır olub, çantam əlimdə gözləyəcəm. Türklərin isə çox hissiyatlı olmasını götürmüşəm. Hətta türk dilində mahnılara qulaq asanda da ağlayıram".
 
Qızı Lara dünyaya gəldikdən sonra xasiyyətinin dəyişdiyini, heç nədən qorxmadığını deyən Üzərli bunları bildirib:
 
"Lara doğulmadan əvvəl ona nəsə olacaq deyə çox qorxurdum. İndi isə qorxu hissim sıfır olub. Qızımla əsasən alman dilində danışıram".
 
Məryəm birlikdə görüntüləndiyi aktyor Ozan Güvənlə bağlı suala isə belə cavab verib:
 
"Təbii bir insandır, amma keçmişlə bağlı danışmıram. Həyatıma girəcək insanın təbii, yalandan uzaq olması, məni qoruması, sahib çıxması lazımdır. Digər tərəfdən isə məni sərbəst buraxmalıdır. Belə bir adam diqqətimi çəkə bilər".

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/seriallar/53684.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR