Ronaldu getmir

Ronaldu getmir
23:05 4 Yanvar 2015
229 İdman
Ölkə mətbuatı
A- A+

"Real”ın hücumçusu Kriştianu Ronaldunun meneceri Jorje Mendeş portuqaliyalı futbolçunun Madird təmsilçisindən ayırlacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, o, təcrübəli forvardın “Kral klubu”nu PSJ-yə dəyişməyəcəyini deyib.
 
Mendeş vurğulayıb ki, Ronaldu karyerasını “Real”da başa vuracaq: “Kriştianu Ronaldu PSJ-də? Bu, mümkün deyil. O, karyerasını “Real”da bitirəcək. Ronaldo bütün vaxtların ən yaxşı oyunçusudu”.
 
Xatırladaq ki, Ronaldu 2009-cu ildən “Real”da çıxış edir. Porutaqliyalı futbolçunun madridlilərlə 2018-ci ilə qədər müqaviləsi var.

Milli.Az
 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/53682.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR