İlin ilk derbisi "Qalatasaray"ın

İlin ilk derbisi "Qalatasaray"ın
23:17 4 Yanvar 2015
218 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Türkiyə Superliqasında 2015-ci ilin ilk oyunları start götürüb.
 
Milli.Az anspress-ə istinadən bildirir ki, XVI turun mərkəzi qarşılaşmasında Lider “Beşiktaş” evdə “Qalatasaray”ı qəbul edib.
 
Qarşılaşmanın ilk hissəsi qolsuz bərabərliklə başa çatıb. İkinci hissənin ilk dəqiqələrində "Qalatasaray" Melonun qolu ilə hesabda önə keçib. Hesab açıldıqdan sonra mübarizənin gərginləşməsi fonunda "Beşiktaş" 62-ci dəqiqədə azlıqda qalıb. Veli Kavlak qırmızı kart alıb.
 
Oyunun son dəqiqələrində Burak Yılmaz oyunda son nöqtəni qoyub.
 
Bu tura qədər Superliqanın lideri olan "Beşiktaş" "Qalatasaray"a ikinci dəfə məğlub olub.
 
“Beşiktaş” – “Qalatasaray” - 0:2
Qol: Melo, 50

Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR